• SOSİAL SAHİBKARLIQLA məşğul olan şəxslər üçün şəbəkələşmə görüşü - 29 May 2024

    SOSİAL SAHİBKARLIQLA məşğul olan şəxslər üçün şəbəkələşmə görüşü - 29 May 2024

  • “Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO EECA – SALTO Şərqi Avropa və Qafqaz ölkələri üzrə resurs mərkəzi ilə birlikdə Avropa İttifaqı ölkələrinin təşkilatları üçün 2024-cü ilin fəaliyyət planına əsasən 29 may - 1 iyun tarixlərində "Azərbaycanda Gənclərin Sosial Sahibkarlığı" mövzusu üzrə 4 günlük təcrübə səfəri təşkil edib.

    Təcrübə səfərinə Erasmus+ proqramı ölkələrindən 23-yə yaxın təşkilat və sosial sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri dəvət edilib. Bakı və Regionları əhatə edəcək təcrübə səfərində Azərbaycanda olan Gənclərin Sosial Sahibkarlıq nümayəndələri ilə tanışlıq, mümkün əməkdaşlıqlar və bu sahədə Azərbaycanın əldə etdiyi uğurlar əsas müzakirə mövzusu olacaq.

    Səfər çərçivəsində SOSİAL SAHİBKARLIQ fəaliyyəti ilə məşğul olan gənclərlə görüş təşkil etmək, onların təşəbbüslərinin təqdimatı üçün şərait yaratmaq və təcrübə səfərində iştirak edən Avropa təşkilatlarının nümayəndələri ilə şəbəkələşmə imkanı yaratmaq üçün 29 may 2024-cü il saat 15:00-da Bakı şəhərində görüş təşkil ediləcək.

    Görüşdə iştirak etmək arzusunda olan şəxslər aşağıdakı qeydiyyat formasını doldurmaları xahiş edilir. Qeydiyyat formasından sosial sahibkarlıq təşəbbüsünüz haqqında qısa məlumat verməyinizi xahiş edirik. Qeydiyyat formaları əsasında layihə komandası sizinlə əlaqə saxlayacaq və görüşə dəvət edəcək.

    Əlavə sualınız yaranarsa aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
    Ramiz Əliyev / ramiz@csyo-az.org / +994503217290

    Əvvəlcədən təşəkkür edirik.

  • Format: (000) 000-0000.
  • Sosial Sahibkarlıq fəaliyyətiniz haqqında qısa məlumat

  • Sizin Sosial Sahibkartıq Fəaliyyətinizi təsvir edən bir şəkil əlavə etməyinizi xahiş edirik.

  • Browse Files
    Drag and drop files here
    Choose a file
    Cancelof
  • Should be Empty: