Hedacore JR Məktəblilərarası İntellektual Çempionatı - Yaz 2026
🦉 Bilik, sürətli düşünmə və komanda işi bir arada!
"Sağlam Düşüncə" Gənclər Təşkilatı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Lider Hazırlıq kurslarının dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası HedaCore JR Çempionatı – Yaz mövsümü 2026” Sumqayıt şəhərində məktəblilər üçün təşkil olunan intellektual yarışdır. Bu çempionat iştirakçılara fərqli formatda hazırlanmış raundlar vasitəsilə həm biliklərini, həm də strategiya qurmaq və qərar vermək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Çempionatın məqsədi məktəblilərarası dövlət dilində intellektual oyunların təbliği, Azərbaycanın zəngin milli mədəniyyətinin, bununla yanaşı dünyanın maddi və qeyri-maddi irsinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.
👥 Çempionatda 7-10-cu sinif şagirdlərdən ibarət komandalar iştirak edə bilər. Yarış seçim mərhələsi, yarım final və final mərhələlərindən ibarət olacaq. Qaliblər kubok, medallar və dəyərli hədiyyələr ilə təltif olunacaq.
Oyun hər biri 6 sualdan ibarət 5 fərqli turdan ibarətdir. Turlar sırası ilə "Hasand", "Mozalan", "Olum, ya ölüm", "Anti-rulet" və "Gnir-niarb" adlanır. Hasand raund 6 sadə sualdan, Mozalan raundu süni-intellekt vasitəsilə yaradılmış 6 şəkilli sualdan ibarətdir.Olum, ya ölüm raundunda iştirakçılar verilmiş mövzular əsasında sualların nominasiya dəyərlərini özləri müəyyənləşdirirlər. Anti-rulet raundu biri tələ olmaqla 6 sualdan ibarətdir. Gnir-niarb raundu Breyn-rinq formatınən tərsidir,burada düyməni ilk sıxan yox,son sıxan cavab haqqı əldə edir.
🔥 Əgər sən də özünü sınamaq, komandanla birlikdə fərqlənmək və bu mühitin bir parçası olmaq istəyirsənsə, bu fürsəti qaçırma.
📅 Başlanğıc oyunu: 26 aprel 2026
🏁 Final mərhələsi: 7 iyun 2026
📌 Qeydiyyat üçün son tarix: 23 aprel 2026
Qeyd: Yarışın formatı və qaydalar haqqında daha ətraflı məlumat əldə etmək üçün ƏSASNAMƏ ilə tanış ola bilərsiniz.
Əlaqə:
"Sağlam Düşüncə" Gənclər Təşkilatı
5-ci MKR, Səməd Vurğun küç 39,
Sumqayıt Gənclər Evi, Sumqayıt ş.
+994708330959 |+994558237290
intel.games@csyo-az.org